Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır

0

  •        Kəlbəcər rayonunun işğaldan
    azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi.
    Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da
    imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan
    Vətən müharibəsinin 44 günü ərzində  4 rayonu, Şuşa  və Dağlıq
    Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad
    etdi. Noyabrın 20-də Azərbaycan Ağdamı, Noyabrın 25-də isə Kəlbəcər rayonunu
    siyasi yolla nəzarəti altına keçirdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın
    İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir
    güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın
    döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.
    Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. 

     Kəlbəcər ən qədim insan məskənlərindən
    biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü
    geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki
    mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai
    insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
    Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim
    yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası
    nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr
    türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı
    dövrlərdə yaradılıb.

    Ölkə başçısının rəhbərliyi ilə
    işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük
    quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti bu
    rayona qaytarılacaqdır. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli
    təyinatlı infrastruktur layihələri reallaşdırılır.

    Görülən işlər yaxın zamanlarda kəlbəcərlilərin
    doğma yurd-yuvalarına qayıdışını reallaşdıracaqdır.

     Arif Nəcəfov,Xocalı rayon Cəmilli kənd orta məktəbinin
    müəllimi                 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib46 dəfə
    Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır

    Maraqlı gələ bilər
    56
    72